"Qran-pri"də sonuncu yarış günü: 3 idmançımız mübarizəyə qoşulacaq
Azərbaycanın daha 3 cüdoçusu Portuqaliyanın Odivelaş şəhərində keçirilən "Qran-pri"də tatamiyə çıxacaq.
Mediasport.az xəbər verir ki, yarışın sonuncu günündə Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq) və Uşangi Kokauri (+100 kq) medal uğrunda mübarizə aparacaqlar.
90 kq.
Elcan Hacıyev - Adam Borçaşvilli (Avstriya)
Vüqar Talıbov - Ali Hazem (Misir)
+100 kq.
Uşangi Kokauri - Munir Ertuq (Türkiyə)
Xatırladaq ki, buna qədər Turan Bayramov (60 kq), Kamran Süleymanov (66 kq), Səid Mollayi (81 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) "gümüş" qazanıblar. Ölkəmiz yarışda 16 idmançı ilə təmsil olunur.