"Böyük dəbilqə"də 8 cüdoçumuz mübarizəyə başlayır - Astana-2023
Bu gün Qazaxıstanın paytaxtı Astana şəhərində cüdo üzrə "Böyük dəbilqə" turniri start götürəcək.
mediasport.az xəbər verir ki, yarışın ilk günündə 4 çəki dərəcəsində 8 idmançımız tatamiyə çıxacaq.
Kişilər arasında -60 kq çəkidə Kənan İsmayılov və Nazir Talıbov, -66 kq çəkidə Kəramət Hüseynov və Kamran Süleymanov medallar uğrunda mübarizə aparacaq. Qadınlar arasında isə -48 kq çəkidə Leyla Əliyeva və Ramilə Əliyeva -52 kq. çəkidə Gültac Məmmədəliyeva və Aydan Vəliyeva güclərini sınayacaq.
Qeyd edək ki, Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunacaq.