Yığmamız Niderlanda qarşı

Yığmamız Niderlanda qarşı

Portuqaliyanın Odivelas şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatında bu gün komanda yarışı baş tutacaq.

MediaSport.az xəbər verir ki, Azərbaycan yığması 1/8 finalda Niderland yığması ilə qarşılaşacaq.

Turnirdə ümumilikdə 16 komanda iştirak edəcək.