DÇ: Yeniyetmə cüdoçularımızın turnirdə ilk rəqibləri müəyyənləşib
Yeniyetmə cüdoçular arasında Peruda keçiriləcək dünya çempionatının püşkatma mərasimi keçirilib.
Mediasport.az xəbər verir ki, Azərbaycanı təmsil edən idmançıların ilk görüşlərdəki rəqibləri müəyyənləşib.
Xatırladaq ki, turnir 28-31 avqustda keçiriləcək.
Cüdo üzrə yeniyetmələr arasında Dünya çempionatı
Bahadır Feyzullayev (50 kq) - Daniel Kastillo (Peru)/Aleksey Toptıgin (neytral status) cütünün qalibi.
Məhəmmədəli Hüsiyev (50 kq) - Tomas Qidoni (İtaliya)/Sverre De Vitt (Belçika) cütünün qalibi.
Nihad Məmişov (55 kq) - Amir Temirbayev (Kanada).
Cəsur İbadlı (73 kq) - Valentino Flores (Peru).
Mehdi Abbasov (81 kq) - Leonardo Kopat (İtaliya).
Əli Qazıməmmədov (81 kq) - Jatin Jatin (Hindistan)/David Yursovşi (Fransa) cütünün qalibi.
Sübhan Axundov (+90 kq) - Alexandro Roxas (İspaniya)/Kioma Miki (Yaponiya) cütünün qalibi.