"Qarabağ"lı Gürcüstanda, "Sabah"ın hücumçusuna ehtiyac duyulmadı

"Qarabağ"lı Gürcüstanda, "Sabah"ın hücumçusuna ehtiyac duyulmadı

Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili növbəti dəfə Gürcüstan millisinə çağırılıb.

Mediasport.az xəbər verir ki, 24 yaşlı qolkiper AÇ-2024-ün seçmə mərhələsinin növbəti oyunlarında məşqçilər korpusunun sərəncamında olacaq.

Onunla yanaşı, yay fasiləsində “Neftçi”dən ayrılan müdafiəçi Solomon Kverkveliya da baş məşqçi Villi Sanyolun siyahısında yer alıb. Əvəzində “Sabah”ın hücumçusu Davit Volkov bu dəfə fransalı mütəxəssisin diqqətindən kənarda qalıb.

Qeyd edək ki, Gürcüstan yığması sentyabrın 8-də İspaniya ilə evdə, 11-də isə Norveçlə səfərdə üz-üzə gələcək.