Premyer Liqanın formatı və klub sayı müzakirə ediləcək
Azərbaycan Premyer Liqasının formatı və çempionatdakı klub sayı müzakirə ediləcək.
Mediasport.az xəbər verir ki, bu barədə AFFA-nın yeni prezidenti Rövşən Nəcəf mətbuat konfransında bildirib.
Funksioner hazırda hər hansı qərarın olmadığını diqqətə çatdırıb:
"Çünki buna zaman olmayıb. Bu, müəyyən təhlil tələb edir. Hər hansı qərarı verərkən, Azərbaycanda və başqa ölkələrdə olan təcrübəni nəzərə alacağıq. Çempionatın formatı müzakirə ediləcək mövzulardan biri olacaq".