Yeni transfer: "Gəncəyə gəldiyimə görə qətiyyən peşman deyiləm”

Yeni transfer: "Gəncəyə gəldiyimə görə qətiyyən peşman deyiləm”

"Hiss etdim ki, bu komandaya daha çox lazımam"

Mediasport.az xəbər verir ki, bu sözləri "Kəpəz"in yeni transferi Adama Niane klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Gəncə təmsilçisində özünü yad hiss etmədiyini və verdiyi qərardan peşman olmadığını dilə gətirib: "Gəncəyə gəldiyimə görə qətiyyən peşman deyiləm, əksinə sevincliyəm. Yaxşı kollektivimiz var. Uşaqlar bir-birilərinə qarşı mehribandılar. İlk gəldiyim gündən doğma insan kimi qarşılandım. Bu da xoş gəlir. Özümü yad hiss etmirəm. 

Malili forvard "Kəpəz" üçün xeyirli olacağına inamını ifadə edib: "Kəpəz"i seçməyimdə klubun transferimdə israr göstərməsi həlledici rol oynadı. Mənə hədsiz inandılar və bu, məni sevindirir. Odur ki, əlimdən gələni və gəlməyəni edib etimad göstərənləri peşman etməməyə çalışacam. Məqsədim komanda üçün xeyirli olmaqdır".

Adama Niane böyük tarixə malik kluba gəldiyini və belə komandaya ehtiyac duyduğunu bildirib: "Təkcə klubun yox, mənim də belə komandaya ehtiyacım var. Ümidlər böyükdür, bunu başa düşürəm. Qollar və ya məhsuldar ötürmələrlə kollektivə yardımçı olaram. Məşqlərdə əzmlə hazırlaşırıq. Hücum xəttinin gücünü artırmalıyıq. Böyük tarixə malik kluba gəlmişəm, bunu yaxşı bilirəm. İnşallah, "Kəpəz" üçün ən yaxşısı nədir, meydanda onu edəcəm. Üzərimə düşən iş komandanın ön xəttini gücləndirməkdir".

Xatırladaq ki, qərb təmsilçisi Nianeni 2 gün öncə – oktyabrın 13-də transfer edib. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.