AFFA Coşqun Diniyevin cəzasına yenidən baxacaq

AFFA Coşqun Diniyevin cəzasına yenidən baxacaq

Premyer Liqanın 10-cu turunun "Sabah"la matçında qırmızı vərəqə alan "Zirə"nin futbolçusu Coşqun Diniyevlə bağlı yeni qərar qəbul olunub.

mediasport.az xəbər verir ki, İntizam Komitəsi 27 yaşlı yarımmüdafiəçi ilə bağlı verdiyi qərara yenidən baxacaq.

AFFA-nın yaydığı məlumatda deyilir:

AFFA İntizam Komitəsinin İntizam Məcəlləsinin 47.2 və 65.1-ci maddələri üzrə “Zirə” PFK-nın futbolçusu Coşqun Diniyev barəsində 20.10.2022-ci il tarixdə qəbul etdiyi qərarlar yenidən baxılması üçün AFFA İntizam Komitəsinə göndərilsin.