İtaliya İspaniyaya, Fransa Ukraynaya qarşı - AÇ-2024

İtaliya İspaniyaya, Fransa Ukraynaya qarşı - AÇ-2024

Şimali irlandiyanın ev sahibliyi etdiyi futbol üzrə U-19 Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.

Mediasport.az xəbər verir ki, yarışın 8-qat qalibi İspaniya yığması qrupu ikinci pillədə başa vurub.

İtaliya və Fransa yığmaları isə qrup birincisi olublar.

Qruplarda 3-cü yeri tutan komandalar 5-ci yer uğrunda yarışacaqlar.

İlk iki yerin sahibləri yarımfinalda üz-üzə gələcəklər.

Yarımfinalçılarla bərabər 5-ci yeri tutan yığma komanda 20 yaşadək futbolçular arasında təşil olunacaq DÇ-2025-də oynamaq imkanı qazanacaq.


U 19 Avropa çempionatı


25 iyul


Yarımfinal

İtaliya - İspaniya

Fransa - Ukrayna


5-ci yer uğrunda

Norveç - Türkiyə