Qurban Qurbanov: "İstənilən halda sabah yaxşı nəticə qazanmağa çalışacağıq"
"Qarabağ" sabah UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində "Molde"nin qonağı olacaq.
Mediasport.az saytının Norveçə ezam olunmuş əməkdaşı xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Bakı vaxtilə saat 22:00-da yerli mətbuat qarşısına çıxıb.
Təcrübəli mütəxəssis səfər matçı ilə bağlı düşüncələrini bölüşüb, jurnalistlərin suallarını cavablandırıb.
- Bizi bacarıqlı bir komandaya qarşı oyun gözləyir. Özünəməxsus oyun üslubu var. Hər iki komandaya yaxşı nəticə lazımdır. Bəlkə hava şəraiti biraz gözlənilməz oldu. Amma istənilən halda yaxşı nəticə əldə etməyə çalışacağıq.
Süni örtük və şaxtalı hava komandanı qayğılandıran məqamlardandr. Lakin “Qarabağ” daha öncə belə havada “Vorskla”, “Kayrat” kimi komandalarla oyunda uğur qazanıb. Bu, komanda üçün əlavə motivasiya ola bilər?
- Hər iki komanda üçün şərait eynidir. Lakin bizdən fərqli olaraq, onlar bu meydana, havaya öyrəşiblər. Bəli, o oyunlar bizim üçün motivasiya ola bilər. Çox istəyirəm ki, futbolçularım digər oyunlardakından da yaxşı bərk olsunlar və əllərindən gələni etsinlər.
Qrupdakı vəziyyəti nəzərə alsaq, sabahkı oyunda heç-heçəni uğurlu hesab edə bilərik?
- Uğurlu saymaq olar. Bəlkə də minimalhesablı məğlubiyyət belə, bizim üçün sonda yaxşı ola bilər. Ancaq bu barədə ancaq oyundan sonra demək olar. Əsas məsələ yaxşı nəticə əldə etməkdi.