PFL-dən "Kəpəz"in Tovuzda oynaması ilə bağlı SON QƏRAR
"Kəpəz" klubu Gəncə şəhər stadionunda aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək.
Mediasport.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisinin müraciəti, “Turan Tovuz”un razılıq məktubu nəzərə alınaraq, “Kəpəz”in Tovuzda oynaması ilə bağlı qərar qəbul edilib.
Tərəflərin razılığı ilə Azər Məmmədovun komandası ev matçlarını bu arenada keçirəcək. “Kəpəz”in əvəzedici heyəti isə Gəncə şəhər stadionunun ehtiyat meydançasından istifadəyə davam edəcək.
PFL yuxarıda qeyd olunan məqamlarla bağlı Azərbaycan Premyer Liqasının və Əvəzedicilər Liqasının 10-cu turunun cədvəllərində aşağıdakı dəyişiklikləri həyata keçirib.
Azərbaycan Premyer Liqası. 10-cu tur
21 oktyabr
15:00. “Kəpəz” – “Zirə”
Tovuz şəhər stadionu.
Əvəzedicilər Liqası. 10-cu tur
19 oktyabr
14:00. “Turan Tovuz” – “Qarabağ”
Tovuz şəhər stadionu.