Avropa çempionatı: Yığmamızın oyunlarının təqvimi açıqlanıb

Avropa çempionatı: Yığmamızın oyunlarının təqvimi açıqlanıb

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi açıqlanıb.

Mediasport.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv ilk matçını aprelin əvvəlində Macarıstan səfərində keçirəcək.

Qrupda son görüşümüz iyulun 16-da Bakıda İsveçrə futbolçularına qarşı olacaq.


Millimizin oyunlarının təqvimi

5 aprel: Macarıstan - Azərbaycan

9 aprel: Azərbaycan - İsveçrə

31 may: Azərbaycan - Türkiyə

4 iyun: Türkiyə - Azərbaycan

12 iyul: Azərbaycan - Macarıstan

16 iyul: İsveçrə - Azərbaycan