Əfsanəvi karateçi Rafael Ağayev federasiyanın vitse-prezidenti olub
Dünya şöhrətli azərbaycanlı karateçi Rafael Ağayevə yeni vəzifə verilib.
Mediasport.az xəbər verir ki, karatenin brilyantı Azərbaycan Karate Federasiyasının WKF üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.
Təcrübəli idmançı ilə yanaşı, Qurban Tağıyev də vitse-prezident postunu tutacaq.
Digər dəyişiklik isə yığma komandamızla bağlıdır.
Şahin Atamov kişilərdən ibarət yığma komandamızın baş məşqçisi seçilib. Ona Niyazi Əliyev və Rəşad Hüseynov kömək edəcəklər.