Premyer Liqa: Azərbaycan Parisə 8 karateçi ilə yollanacaq

Premyer Liqa: Azərbaycan Parisə 8 karateçi ilə yollanacaq

Karate üzrə Azərbaycan milli komandasının yeni ilin ilk mötəbər yarışı üçün heyəti açıqlanıb.

Mediasport.az xəbər verir ki, Fransada baş tutacaq Premyer Liqada 8 karateçimiz mübarizə aparacaq.

Reytinq turnirində Əminağa Quliyev, Fərid Savadov (hər ikisi 60 kq), Tural Ağalarzadə (67 kq), Turqut Həsənov (84 kq), Asiman Qurbanlı (+84 kq), Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq) və üçqat dünya çempionu İrina Zaretska (68 kq) yarışacaqlar.

Xatırladaq ki, yanvarın 26-28-i aralığında Paris şəhərində keçiriləcək Premyer Liqada 58 ölkədən 381 idmançı iştirak edəcək.