DÇ-yə 28 karateçi ilə gedən Azərbaycan 4 medal qazandı
Türkiyənin Konya şəhərində yeniyetmə və gənclər arasında keçirilən karate üzrə Dünya çempionatı başa çatıb.
mediasport.az xəbər verir ki, mundialın son günündə komandamız daha bir qızıl medal qazanıb.
18-20 yaşlı gənclər arasında Əminağa Quliyev (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ona qədər 16-17 yaşlıların yarışında Fərid Savadov (55 kiloqram) qızıl, Rəşid Süleymanov (68 kiloqram) və yeniyetmələrdə (14-15 yaş) İsmayıl Xamoyev (52 kiloqram) bürünc medal qazanmışdılar.
2 qızıl, 2 bürünc medala sahib olan yığmamız ümumi komanda hesabında 6-cı yeri tutub. DÇ-də 105 ölkədən 1861 idmançı iştirak edirdi. Azərbaycan yarışda 28 idmançı ilə təmsil olunurdu.