4 karateçimiz üçün "bürünc" şansı

4 karateçimiz üçün "bürünc" şansı

Misir Ərəb Respublikasının paytaxtı Qahirədə Dünya Karate Federasiyasının Karate1 seriyasından ən nüfuzlu yarışı Premyer Liqa davam edir.

mediasport.az xəbər verir ki, turnirin ilk günü 4 idmançımız gücünü sınayıb.

Qızıl medal şanslarını itirən idmançılarımız - Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq) və Mədinə Sadiqova (55 kq) bürünc medal uğrunda mübarizə aparacaqlar.

Karate1 Premyer Liqa turnirində 58 ölkədən 382 idmançı iştirak edir. Təmsilçilərimiz medal döyüşlərini sabah keçirəcəklər.