Millimizin futbolçusu bu mövsüm Niderlandda ilk qələbəsini qazandı
Futbol üzrə Niderland 1-ci liqasında 3-cü turun oyunları keçirilir.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ocan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" doğma meydanda "NAK Breda"nı qəbul edib.
Futbolçumuzun 76 dəqiqə meydanda olduğu matç komandasının 2:0 hesablı qələbəsilə yekunlaşıb. Bu, "Eindhoven"in cari mövsümdə ilk qalibiyyəti olub.
3 turdan sonra aktivində 4 xal olan kollektiv turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.