Vüsal İsgəndərli 81 dəqiqə oynayıb, komandası liderliyə yüksəlib
Albaniya Superliqasında 5-ci turun oyunları keçirilir.
Mediasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Eqnatiya” evdə "Laçi" ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İsgəndərli start heyətdə meydana daxil olub və 81-ci dəqiqədə hesab 2:0 olarkən əvəzlənib.
“Eqnatiya” 10 xalla turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.