Cəlal və Vüsal qələbəyə sevindi, Renatın komandası evdə uduzdu

Cəlal və Vüsal qələbəyə sevindi, Renatın komandası evdə uduzdu

Legioner həyatı yaşayan azərbaycanlı futbolçulardan bir neçəsi dünən növbəti oyunlarına çıxıblar.

Mediasport.az xəbər verir ki, Türkiyə 1-ci Liqasında top qovan Renat Dadaşov ("Ankaragücü") və Coşqun Diniyevin ("Boluspor") komandaları müvafiq olaraq, "Ümraniyəspor" və "Erokspor"la qarşılaşıblar.

Renat start heyətdə oyuna çıxıb sona qədər mübarizə aparsa da, Vüsal sonradan meydana daxil olub.

Bolqarıstan çempionatında ölkəmizi təmsil edən Cəlal Hüseynovun komandası "Arda" evdə ÇSKA-nı (Sofiya) qəbul edib. Cəlal da əsas heyətdə mübarizəyə start verib, lakin sonradan əvəzlənib.

Bolqarıstan Parva Liqası. 6-cı tur

"Arda" - ÇSKA (Sofiya) 2:1



Türkiyə 1-ci Liqası. 3-cü tur

"Boluspor" - "Erokspor" 2:1

"Ankaragücü" - "Ümraniyəspor" 0:1