Türkiyədə millimizin futbolçularını üz-üzə qoydular - VİDEO
Futbol üzrə Türkiyə 1-ci Liqasının 26-cı turu azərbaycanli futbolçuların dueli ilə yadda qalıb.
Mediasport.az xəbər verir ki, millimizin forvardı Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor” Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor”ə qəbul edib.
Dramatik keçən görüş Bəxtiyarın komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahibləri son dəqiqələrdə iki qırmızı vərə qalıblar.
Həsənəlizadə 90 dəqiqə meydanda olub, Şeydayev oyuna 84-cü dəqiqədə qoşulub.
Kocaeli təmsilçisi 45 xalla 3-cü pillədə qalıb, “Tuzlaspor” 27 xalla 14-cü pilləyə yüksəlib.