"Rakuv"la "Qarabağ"ın ilk oyununu isveçrəli hakimlər idarə edəcəklər
UEFA Çempionlar Liqasının II tənsifat mərhələsində qarşılaşacaq "Rakuv" və "Qarabağ" komandaları arasında Polşada keçiriləcək ilk oyunun hakimlər birqadası açıqlanıb.
MediaSport.az xəbər verir ki, qarşılaşma İsveçrədən olan ədalət təmsilçilərinə tapşırılıb.
Görüşü FİFA referisi Lukas Föndrix idarə edəcək. Köməkçi hakimlər Yonas Enri və Giyom Meyr olacaqlar. Dördüncü hakim funksiyasını isə Lionel Çudi yerinə yetirəcək.
İyulun 26-da oynanılacaq matç Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.