"Qarabağ" "Helsinki"ni keçə bilməsə, Rumıniya çempionu ilə qarşılaşacaq
Avropa Konfrans Liqasında "Qarabağ"ın potensial rəqibi müəyyənləşib.
mediasport.az xəbər verir ki, Azərbaycan çempionu sabah UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Finlandiyanın "Helsinki" klubunu keçə bilməsə, Konfrans Liqasının pley-offunda "Farul"la qarşılaşacaq.
Əfsanəvi Georgi Hacinin baş məşqçisi olduğu Rumıniya çempionu III raundun hər iki görüşündə Estoniyanın "Flora" klubundan üstün olub. Konstantada 3:0 hesablı qələbəyə sevinən rumınlar Estoniyada rəqib qapısından 2 cavabsız top keçiriblər.