Ramil rəsmən "Kocaelispor"da
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin Türkiyənin "Kocaelispor" klubuna keçidi rəsmiləşib.
Mediasport.az xəbər verir ki, bir qədər əvvəl tərəflər arasında rəsmi müqavilə bağlanıb.
Tailandın "Buriram Yunayted" klubundan ayrılan 28 yaşlı forvard 1-ci Liqa təmsilçisi ilə 1.5 illik anlaşmaya qol çəkib.
İmzalanma mərasimində klubun prezidenti Engin Koyun iştirak edib.