Milli komandamız seçmə mərhələdə qrup sonuncusu olub
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çemponatının seçmə qrup mərhələsində sonuncu yeri tutub.
Mediasport.az xəbər verir ki, Füzuli Məmmədovun baş məşqçisi olduğu kollektiv qrupun son matçında Lüksemburqla bərabərə qalıb - 1:1.
Millimizin heyətində bərabərlik qolunu 51-ci dəqiqədə Tuncay Əhmədov vurub.
Aktivində 1 xalı olan komandamız son pillədən xilas ola bilməyib.
Qeyd edək ki, U-17 daha əvvəl Serbiya yığmasına 1:5, Sloveniyaya isə 0:3 hesabı ilə uduzub.