"Rahil Məmmədov keyfiyyətini göstərdi" - LKS-in baş məşqçisi
Polşanın LKS komandasının baş məşqçisi Pyotr Stokovets Ekstraklassanın 20-ci turunun "Korona" ilə səfər görüşünü (1:2) dəyərləndirib.
Mediasport.az xəbər verir ki, polşalı mütəxəssis Azərbaycan milli komandasının üzvü Rahil Məmmədovun liqada debütünü, performansını yüksək qiymətləndirib:
"Nəticəyə görə təəssüflənirəm. Komanda yaxşı işləyir. Bu qarşılaşmada ürəkli çıxış etdilər. Bizim üçün ağır məğlubiyyət idi. Çətindir, amma nəticə qazanmağa çalışacağıq və mübarizəni davam etdirəcəyik. Məncə, Rahil Məmmədov və Hüseyn Baliçin keyfiyyəti var və bu gün bunu göstərdilər".
Xatırladaq ki, LKS 19 oyundan sonra 10 xalla 18-ci pillədə qərarlaşıb. Lodz təmsilçisi 15-ci pillədəki "Korona"dan 11 xal geridədir.