"Beşiktaş" Azərbaycan yığmasının keçmiş üzvünü "Şerif"ə icarəyə verdi
"Neftçi"nin Avropa Konfrans Liqasının III təsnifat mərhələsində rəqibi "Beşiktaş" futbolçusu Berkay Vardarı icarəyə verib.
mediasport.az xəbər verir ki, Azərbaycanın U-19 yığmasının keçmiş üzvü "Şerif"də çıxış edəcək.
Anlaşmaya əsasən, 20 yaşlı yarımmüdafiəçi qarşıdakı 2 mövsümü Moldova çempionunun heyətində keçirəcək.
U-17 komandamızda da oynamış Vardar 2021-ci ildə 3 dəfə U-19 millimizin formasını geyinib. Daha sonra isə Türkiyənin U-21 yığmasına dəvət alıb və orada 2 matç keçirib.
Qeyd edək ki, "Neftçi" və "Beşiktaş" arasında Bakıda keçirilmiş ilk oyunda qonaqlar 3:1 hesablı qələbə qazanıblar. Cavab görüşü avqustun 17-də İstanbulda baş tutacaq.