Vüsalın komandasından heç-heçə, Coşqun turu məğlub başa vurdu
Türkiyə 1-ci Liqasında 4-cü turun oyunları davam edir.
Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma keçirilib.
Futbol üzrə milli komandamızın üzvlərindən Vüsal İsgəndərlinin komandası "Boluspor" və Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" səfərdə növbəti matçlarını keçiriblər.
Vüsalın adı "Keçiörəngücü" ilə matçın iştirak ərizəsinə daxil edilməyib. Coşqun Diniyev isə "Şanlıurfaspor"la görüşdə sonradan oyuna daxil olub.
Turun digər oyunları bu gün və sabah baş tutacaq.
Türkiyə 1-ci Liqası. 4-cü tur
31 avqust
"Keçiörəngücü" - "Boluspor" 1:1
"Ümraniyəspor" - "Fatih Karagümrük" 2:2
"Şanlıurfaspor" - "Bandırmaspor" 3:2
"Çorum Bələdiyyəspor" - "Sakaryaspor" 1:1