"Sağalmağa və mümkün qədər tez qayıtmağa köklənmişəm" - Renat
"Ankaragücü"nün və Azərbaycan milli komandasının hücumçusu rəsmi "Instagram" hesabında əməliyyatdan sonrakı durumu haqda yazıb.
Mediasport.az xəbər verir ki, forvard sağalmaq və mümkün qədər tez yaşıl meydanlara qayıdacağına kökləndiyini bildirib.
Qasıq nahiyəsindən əməliyyat edilən Renat azı 4-6 həftə oynaya bilməyəcək.