Azərbaycan millisinin 2 üzvü Paris olimpiadasına lisenziya qazanıb

Azərbaycan millisinin 2 üzvü Paris olimpiadasına lisenziya qazanıb

Azərbaycanın iki badmintonçusu Paris-2024 Yay Olimpiya Oyunlarında çıxış edəcək.

Mediasport.az xəbər verir ki, Edi Reski Dviçayo və Keişa Fatimə Zəhra olimpiadanın fərdi yarışlarında iştirak hüququ qazanıb.

29677 xala malik Dviçayo kişilərin reytinqində 58-ci olsa da, eyni ölkə təmsilçilərinə kvota qoyulması səbəbindən 28-ci yerin sahibi kimi lisenziya əldə edib.

25893 xalı olan Keişa ümumi sıralamada 71-ci, lisenziya siyahısında 31-cidir.

Qeyd edək ki, Dviçayo Tokio-2020 Yay Olimpiya Oyunlarında da mübarizə aparıb.