Paris-2024: Azərbaycanın daha iki cüdoçusu uğursuz çıxış edib
Azərbaycanın daha 2 cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Mediasport.az xəbər verir ki, 66 kq çəkidə Yaşar Nəcəfov və 52 kq-da Gültac Məmmədəliyeva tatami üzərinə çıxıb.
Hər iki cüdoçumuz 1/16 finalda çıxışını dayandırıb.
Y.Nəcəfov Serbiya idmançısı Straxinya Bunçiçə, G.Məmmədəliyeva isə ABŞ təmsilçisi Anjelika Delqadoya məğlub olaraq olimpiada ilə vidalaşıb.
Xatırladaq ki, ilk gündə Balabəy Ağayev (60 kq) və Leyla Əliyeva (48 kq) medalsız qalıblar.
Azərbaycan Olimpiya Oyunlarına 9 cüdoçu ilə yollanıb.
Ölkəmizi Parisdə ümumilikdə 48 idmançı təmsil edir.