Paris-2024: Azərbaycanın qadın idmançısı 1/8 finala vəsiqə qazandı

Paris-2024: Azərbaycanın qadın idmançısı 1/8 finala vəsiqə qazandı

Azərbaycan sablyaçısı Anna Başta Paris-2024 Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

Mediasport.az xəbər verir ki, idmançımız mübarizəyə 1/16 finaldan start verib.

İdmançımız bu raundda çinli Yanq Henqyunu 15:9 hesabı ilə məğlub edəərk 1/8 finala vəsiqə qazanıb.

Anna 1/4 final yolunda dördqat Olimpiya mükafatçısı Olqa Xarlanla (Ukrayna) qarşılaşacaq.

Görüş Bakı vaxtilə saat 16:05-də keçiriləcək.

Xatırladaq ki, qadın sablyaçıların mübarizəsi bu gün yekunlaşacaq.