Rumıniyadakı Avropa birinciliyində 2 qızıl medal qazandıq

Rumıniyadakı Avropa birinciliyində 2 qızıl medal qazandıq

Rumıniyanın paytaxtı Buxarestdə taekvondo üzrə keçirilən kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyi sona çatıb.

mediasport.az xəbər verir ki, İlkin Şahbazovun rəhbərlik etdiyi kollektivin iki üzvü qızıl medal qazanıb.

Sabir Məmmədli (27 kq) və Nazim Məmmədov (30 kq) bütün rəqiblərini məğlub edərək ən güclü adına yiyələniblər.