Taekvondoçularımızdan "Asiya uşaqları" oyunlarında 4 medal
Saxa Respublikasının Yakutiya şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında taekvondo yarışlarına start verilib.
Mediasport.az xəbər verir ki, gənclərdən ibarət Azərbaycan millisi ilk günü 4 medalla başa vurub.
Komandamızın heyətində bütün rəqiblərinə qalib gələn Vasif Səlimov (63 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İlyas Hətəmli (48 kq) gümüş, Ziya Həsənli (55 kq) və Fatimə Həsənova (63 kq) isə bürünc medala yiyələniblər.
Xatırladaq ki, Oyunlarda daha öncə samboçumuz İbrahim Talıbov (53 kq) bürünc medal qazanıb.