Ruslan Abışov "Zirə"dən getdi

Ruslan Abışov "Zirə"dən getdi

Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Ruslan Abışov “Zirə”dən ayrılıb.

mediasport.az xəbər verir ki, 36 yaşlı futbolçu bu barədə şəxsi feysbuk hesabında paylaşım edib.

Abışov 2021-ci ildən paytaxt təmsilçisinin formasını geyinirdi. O, 2021-ci ildən "Zirə"nin futbolçusudur, karyerası ərzində "Neftçi", "Xəzər Lənkəran", "Qəbələ", "İnter" (hazırkı "Şamaxı"), "Sabah" və Rusiyada "Rubin" klublarının uğurları üçün də çalışıb.