Qurban Qurbanovun qələbə şərhi: "Çox böyük gərginlik var idi"

Qurban Qurbanovun qələbə şərhi: "Çox böyük gərginlik var idi"

"Qarabağ" Avropa Liqası III təsnifat mərhələdiniun cavab oyununda səfərdə Finlandiyanın "Helsinki" klubunu 2:1 hesabı ilə məğlub edərək pley-offa vəsiqə qazanıb.

mediasport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov matç haqqında təəssüratlarını bölüşüb.

"Futbolçularımı təbrik edirəm. Çox böyük gərginlik var idi. Oyuna yaxşı başlamışdıq. Sadəcə, ilk dəqiqələrdə buraxılan qol futbolçularda ruh düşkünlüyü yaratdı. Amma sonra oyunu ələ almağı bacardıq. Yaxşı qalibiyyət oldu. Əvvəl də demişdim ki, çox intizamlı komandaya qarşı oynayırıq. Azlıqda qaldılar, yenə məğlub olmaq istəmirdilər. Sona kimi döyüşdülər, mübarizə apardılar. Rəqib öz oyunumuzu istədiyimiz kimi göstərməyə imkan vermədi. Qarşıdakı günlərdə digər oyunlara hazırlaşmalıyıq".

Qeyd edək ki, "atlılar" pley-offda Sloveniyanın "Olimpiya" klubu ilə qarşılaşacaqlar.