Cəlalın komandası Konfrans Liqasının bir addımlığındadır

Cəlalın komandası Konfrans Liqasının bir addımlığındadır

Bolqarıstan çempionatında pley-off görüşləri davam edir.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi "Arda" növbəti matçına çıxıb.

Avropa Konfrans Liqasına vəsiqə qrupunda yarışan Krjali təmsilçisi "ÇSKA 1948"i qəbul edib.

Cəlalın 61 dəqiqə meydanda olduğu matçda hesab açılmayıb.

Xatırladaq ki, mövsümün sonuna 2 tur qalıb və "Arda" 45 xalla ikinci "4-lüy"ün lideri "ÇSKA 1948"dən 1 xal geri qalır.