"Sabah" Azərbaycan çempionudur!

"Sabah" Azərbaycan çempionudur!

Azərbaycan Basketbol Liqasında 2023/2024-cü illər mövsümünün qalibi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, final seriyasının dördüncü qarşılaşmasında "Xəzri"ni məğlub edən (74:69) "Sabah" növbəti dəfə Azərbaycan çempionu olub.

Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv ötənmövsümkü uğurunu təkrarlayıb, debütant "Xəzri" gümüş mükafatı təmin edib.

Görüşdən sonra qalib komanda, ikinci və üçüncü yerlərin sahibləri mükafatlandırılıblar.

"Sabah"a çempionluq kuboku və qızıl medalları Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev təqdim edib.

"NTD-İndiqo" mövsümü bürünc medallarla başa vurub.