"Sabah"ın Çempionlar Liqasında ilk görüşünün vaxtı müəyyənləşdi

"Sabah"ın Çempionlar Liqasında ilk görüşünün vaxtı müəyyənləşdi

Azərbaycanı yenidən FİBA Çempionlar Liqasının təsnifat mərhələsində təmsil edəcək "Sabah" basketbol klubunun ilk matçının vaxtı açıqlanıb.

Mediasport.az xəbər verir ki, komandamız ilk görüşünü sentyabrın 17-də keçirəcək.

Rimas Kurtinaytisin baş məşqçisi olduğu təmsilçimiz İsveçin "Norrçöpinq Dolfins" kollektivi ilə üz-üzə gələcək.

Türkiyənin Antalya şəhərindəki "Qloria Sports Arena"da təşkil olunacaq 1/4 final qarşılaşması Bakı vaxtı ilə saat 17:30-da başlanacaq.

Sentyabrın 19-na planlaşdırılan yarımfinalda bu cütün qalibi "Friburq”la (İsveçrə) qarşılaşacaq.

Digər yarımfinalda “Benfika” (Portuqaliya) ilə “Rilski” (Bolqarıstan) - “Nokia” (Finlandiya) cütünün qalibi üz-üzə gələcək.

Sentyabrın 21-də baş tutacaq final duelini qazanacaq komanda əsas mərhələdə iştirak hüququ əldə edəcək.

Antalya mərhələsində ümumilikdə 24 komanda 4 qrupda yarışacaq.