Astara klubunun amerikalı legioneri çempionatın bombardiridir

Astara klubunun amerikalı legioneri çempionatın bombardiridir

Azərbaycan Basketbol Liqasında Astaranı təmsil edən "Zirvə"nin ABŞ-dan olan legioneri Raşard Krukşank ölkə çempionatında bombardirlik yarışının yeni lideridir. 

mediasport.az xəbər verir ki, Cənub təmsilçisinin üzvü 11-ci turdan sonra 257 xalla toplayaraq “AAAF Xırdalan”lı həmkarı Devin Pullumu 1 xal geridə qoyub.

Sıralamada üçüncü pillədə 234 xalla “Sərhədçi”nin basketbolçusu Endar Poladxanlı qərarlaşıb. "Zirvə"nin baş bir legioneri - Tayson Demetris 126 topla ribaundlarda lider, "Sərhədçi"nin oyunçusu Brendon Miller isə 71 ötürmə ilə assistlər arasında birincidir.