"Neftçi" Naxçıvan klubuna uduzdu - Azərbaycan çempionatı başlandı

"Neftçi" Naxçıvan klubuna uduzdu - Azərbaycan çempionatı başlandı

Azərbaycan Basketbol Liqasında 2024/2025-ci illər mövsümü start götürüb.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

"Neftçi" Bakı İdman sarayında "Naxçıvan"la qarşılaşıb.

Görüş Muxtar Respublika təmsilçisinin 84:79 hesablı qələbəsi ilə başa çatıb.

İlk tura oktyabrın 20-də yekun vurulacaq.

Xatırladaq ki, bu mövsüm çempionatda 12 klub yarışacaq.