ABL-də pley-off: Digər yarımfinalçı 3-cü oyunla müəyyənləşəcək
Azərbaycan BasketbOl Liqasının pley-off mərhələsində "Sərhədçi" ilə "Xəzri" arasında ikinci duel baş tutub.
Mediasport.az xəbər verir ki, bu dəfə sevinən tərəf "Sərhədçi" olub - 71:64.
Reqlamentə əsasən, komandalar arasında 3-cü - həlledici görüş keçirilməlidir.
Qalib mayın 5-də oynanılacaq son matçda müəyyənləşəcək.
Bu cütün qalibi yarımfinalda "NTD-İndiqo"ya rəqib olacaq.
Qeyd edəkk i, ilk oyunda "Xəzri" 98:64 hesabı ilə qalib gəlmişdi.
Yarımfinalın digər cütündə isə "Sabah"la "Xırdalan" üz-üzə gələcək.