“Zirə”dən təqdirəlayiq addım
“Zirə”nin futbolçuları təqdirəlayiq addım atıblar.
Mediasport.az xəbər verir ki, qəsəbə təmsilçisinin üzvləri - Hacıağa Hacılı və Filip Paxtman Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində qonaq olublar.
Burada uşaqlarla görüşən futbolçular balacalarla söhbət edib, müxtəlif əyləncəli oyunlar keçiriblər.
Uşaqlara hədiyyə verən oyunçular sonra onlarla xatirə şəkli çəkdiriblər.