Əsas vaxta 43 dəqiqə əlavə olundu - Qələbə qolu 128-ci dəqiqədə vuruldu
Boliviya çempionatının 6-cı turu çərçivəsində dünən keçirilmiş "Atletiko" (Palmaflor) və "Bluminq" qarşılaşması dünya futbolunun tarixinə düşüb.
mediasport.az xəbər verir ki, görüşün əsas vaxtına 43 dəqiqə əlavə olunub.
Buna baş hakim Xulio Qutyerresin qonaqların qapısına iki penalti təyin etməsi, iki qırmızı vərəqə göstərməsi, VAR epizoduna 17 dəqiqə sərf etməsi və güclü leysan səbəb olub.
Beləliklə, meydan sahiblərinin 3:2 hesabı ilə qələbə qazandığı oyunun əsas vaxtına 43 dəqiqə artırılıb. Bu zaman kəsiyində - 114-cü dəqiqədə qonaq komanda hesabı bərabərləşdiməyə nail olsa da, "Atletiko" futbolçuları 128-ci dəqiqədə qələbə qolunu vurublar.