"Sabah" bu gün çempion olacaq?

"Sabah" bu gün çempion olacaq?

Azərbaycan Basketbol Liqasında final seriyasının oyunları davam edir.

mediasport.az xəbər verir ki, bu gün "Gəncə" və "Sabah" komandaları final seriyasının dördüncü qarşılaşmasında üz-üzə gələcəklər.

“Sərhədçi” İdman Mərkəzində keçiriləcək oyun saat 19:30-da başlanacaq.

Ümumi hesabda "Sabah" 2:1 hesabı ilə öndədir. Paytaxt təmsilçisi qələbə qazansa, ölkə çempionu olacaq. "Gəncə"nin qalib gələcəyi təqdirdə beşinci duelə ehtiyac duyulacaq. Həmin oyun mayın 30-na planlaşdırılıb.