Kişilərin mübarizəsində qrupların bütün iştirakçıları müəyyənləşib

 Kişilərin mübarizəsində qrupların bütün iştirakçıları müəyyənləşib

Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında kişilərin basketbol yarışında iştirak edəcək bütün komandalar bəlli olub.

Mediasport.az xəbər verir ki, bu, təsnifat mərhələsinin yekununda dəqiqləşib. İspaniya final görüşündə Baham adalarını (86:78), Braziliya Latviyanı (94:69), Yunanıstan Xorvatiyanı (80:69), Puerto Riko yığması Litvanı (79:68) məğlub edib.

Beləliklə, İspaniya, Braziliya, Yunanıstan və Puerto Riko olimpiadada iştirak edəcək. Avstraliya, Kanada, Yunanıstan və İspaniya A, Braziliya, Fransa, Almaniya və Yaponiya B, ABŞ, Serbiya, Puerto Riko və Cənubi Sudan C qrupunda mübarizə aparacaq.

Yay Olimpiya Oyunlarında basketbol yarışı iyulun 27-dən avqustun 11-dək keçiriləcək.