"Sabah" və "Neftçi"nin rəqibləri müəyyənləşdi - Konfrans Liqası

"Sabah" və "Neftçi"nin rəqibləri müəyyənləşdi - Konfrans Liqası

Azərbaycanı futbol üzrə UEFA Konfrans Liqasında təmsil edəcək "Sabah" və "Neftçi"nin II təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.

MediaSport.az xəbər verir ki, tarixində ilk dəfə avrokuboklarda çıxış edəcək Masazır klubu bu raundda RFŞ klubu ilə qarşılaşacaq.

Latviya komandası cavab matçı çərçivəsində Şimali Makedoniyanın "Makedoniya" klubundan üstün olub - 4:1.

"Ağ-qaralar"ın rəqivi isə "Jelezniçar" olacaq. Bosniya və Herseqovina komandası Belarusun "Dinamo" (Minsk) kollektivi ilə dünən Bakıda keçirilmiş cavab görüşündə rəqib üzərində 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 27-də səfərdə, cavab görüşləri avqustun 3-də Bakıda keçiriləcək.