Azərbaycan tarixində 500 qələbə qazanan tək komanda oldu

Azərbaycan tarixində 500 qələbə qazanan tək komanda oldu

“Qarabağ” Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb.

mediasport.az xəbər verir ki, bu, Premyer Liqanın 18-ci turuna təsadüf edib.

Qurban Qurbanovun yetirmələri səfərdə “Səbail”ə qalib gəlib – 3:0. Ağdam klubu 1992-ci ildən keçirilən yarışın tarixinə 500 qələbə qazanan ilk komanda kimi düşüb. Bu yubiley 871-ci oyunda qeydə alınıb.

“Qarabağ”ın ilk qələbəsi 1992-ci il mövsümünə təsadüf edib. Mayın 6-da Kürdəmir “Şirvan”ını qəbul edən ağdamlılar 6:0 hesabı ilə qalib gəlib.