Bölgə klubu məşhur "Liverpul"lu forvardın qardaşını transfer etdi
"Şamaxı" klubu heyətini belçikalı futbolçu ilə gücləndirib.
Mediasport.az xəbər verir ki, Conatan Benteke ilə bir illik müqavilə imzalanıb.
29 yaşlı hücumçu sonuncu dəfə Lüksemburqun “Yunion Titus Petanj” klubunda forma geyinib.
Xatırladaq ki, forvard Belçika milli komandasının, həmçinin "Liverpul", "Aston Villa", "Kristal Pelas" kimi klubların əsas üzvü olmuş Kristian Bentekenin kiçik qardaşıdır.
Ayxan Abbasovun rəhbərlik etdiyi komanda daha əvvəl Bahadur Həziyev, Adil Nağıyev, Rafael Məhərrəmli, İlkin Muradov, Rüfət Abbasov, Rauf Rüstəmli, Belaydi Pusi, Brahim Konate, Giorgi Kantaria, Rikardo Fernandeş və Kamal Bayramov və Vasiliye Radenoviçlə güclənib.