"Sabah"da yeni təyinat
“Sabah” Futbol Akademiyasında yeni təyinat olub.
mediasport.az xəbər verir ki, klubun sabiq futbolçusu Rəşad Eyubov bundan sonra U-19 kollektivində köməkçi məşqçi kimi çalışacaq. Millimizin keçmiş üzvü ilə müqavilə bağlanıb.
Keçmiş yarımmüdafiəçi 2018/2019 və 2019/2020-ci illər mövsümlərində Masazır təmsilçisinin formasını geyinib.