"Qarabağ" - "Braqa" oyununa 10 gün qalıb: Artıq 15 min bilet satılıb

"Qarabağ" - "Braqa" oyununa 10 gün qalıb: Artıq 15 min bilet satılıb

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək “Qarabağ” - “Braqa” oyununa satılmış bilet sayı açıqlanıb.

Mediasport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça 10 gün vaxt qalsa da, artıq biletlərinin 15 mini satılıb.

Biletlərin qiyməti qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Heydər Əliyev sarayının kassaları;

"Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

Görüş Bakı vaxtilə saat 21:45-də başlanacaq.